Salyan Dövlət Kukla Teatrının aktyoru Qalib Məlikov dünyasını dəyişib.
Teatrın yaydığı məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Aktyor teatr səhnəsindəki rolları ilə yanaşı, kinoda da fəaliyyət göstərib. O, rejissor Kürçaylı Məmmədovun "Bərə" filmində ata obrazını canlandırıb.












