Bakıxanov qəsəbəsindəki uşaq parkı sakinlərin narazılığına səbəb olub. Bir vaxtlar istirahət məkanı olan park indi baxımsız vəziyyətdədir.
Yelləncəklər və attraksionlar sıradan çıxıb. Parkın böyük hissəsi kommersiya obyektləri tərəfindən zəbt edilib. Sakinlər rahat istirahət edə bilmədiklərini bildirir.
Valideynlər uşaqlarını başqa parklara aparmağa məcbur qalır. Bu da əlavə vaxt itkisi yaradır.
Sakinlərdən biri deyir: "Bəzən burada içkili şəxslər oturur. Uşaqlar harada oynasın?"
Qurğuların taxta hissələri sınıb, bəziləri yararsız hala düşüb. Sakinlər təhlükə yarandığını düşünür.
Bələdiyyə bildirib ki, qurğular düzgün istifadə olunmadığı üçün sıradan çıxır. Lakin təmir işləri aparılır.












