Bond.az White LogoBond.az Black Logo

6 milyonluq lotereya bileti oğurlandı və yandırıldı

Tailandda qonşu 6 milyon batlıq lotereya biletini oğurlayıb yandırdı. Polisə etiraf edən şəxs həbs edilib.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Tailandda bir kişi ifşa olunmaqdan qorxaraq qonşusuna məxsus böyük məbləğdə uduş qazanan lotereya biletini oğurlayıb və sonra yandırıb.

Oxu.Az "Mothership"ə istinadən xəbər verir ki, hadisə Sukxotxay vilayətində baş verib.

54 yaşlı Sayan adlı qadın üç lotereya bileti alıb və onları yoxlamaq üçün qonşusu Veyunun yanına gedib. Biletlərdən birinin ona 6 milyon bat (təxminən 313 800 manat) məbləğində uduş qazandırdığı məlum olub.

Veyu qadına küçədə uduşlu biletlərlə gəzməməsi üçün onları gecəlik öz evində saxlamağı təklif edib. Lakin Sayan ertəsi gün geri qayıdanda qonşusu ona səhv etdiyini, biletlərdən heç birinin uduşlu olmadığını və onları atdığını deyib.

Qadın bu izaha inanmayaraq Veyunun evinin yaxınlığındakı zibil qutusunu yoxlayıb. Orada yalnız iki lotereya bileti tapılıb.

Bundan sonra Sayan polisə müraciət edib. Veyu və onun həyat yoldaşı Date ifadə vermək üçün polisə çağırılıblar. Cütlük əvvəlcə bileti oğurladıqlarını inkar edib və evlərində axtarış aparılmasına razılıq verib.

Veyu bütün biletləri Sayana qaytardığını iddia etsə də, iyunun 11-də Date uduşlu bileti oğurladığını etiraf edib. O bildirib ki, Sayanın polisə müraciət etməsindən sonra bileti götürərək yandırıb.

Date hesab edib ki, qonşusu çox çəkingən olduğu üçün hüquq-mühafizə orqanlarına şikayət etməyəcək. O həmçinin həyat yoldaşının oğurluqdan xəbərsiz olduğunu bildirib.

Digər Xəbərlər
Bu gün / 21:03
|
409

Mərkəzi banklar qızıl ehtiyatlarını ölkələrinə daşıyır

Mərkəzi banklar geosiyasi risklər səbəbindən qızıl ehtiyatlarını Nyu-York və Londondan öz ölkələrinə daşıyır. WGC məlumatları və tendensiyalar haqqında oxuyun.

0
Bu gün / 20:01
|
568

İran İsraili sərt cavabla hədələyir

İran Silahlı Qüvvələri İsraili Livandakı atəşkəs pozuntularına görə sərt cavabla hədələyir. Ətraflı məlumat üçün Bond.az saytını izləyin.

0
Bu gün / 20:00
|
571

İranın ən güclü təzyiq vasitəsi

CNN: İran Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatına təzyiq göstərə bilər. Bu, nüvə silahından güclü vasitədir.

0
Bu gün / 19:32
|
659

Almaniyada merə bıçaqlı hücumda qızı ittiham olunur

Almaniyada Herdekke meri İris Ştalserə bıçaqlı hücumda qızı ittiham olunur. Hadisə təfərrüatları və məhkəmə prosesi haqqında məlumat.

0
Bu gün / 19:01
|
351

Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur

Mərkəzi Afrika Respublikasının sabiq prezidenti Fransua Bozize insanlığa qarşı cinayətlərdə ittiham olunur. Qiyabi məhkəmə prosesi başlayıb.

0
Bu gün / 19:01
|
764

İsrailə memorandum mətni qadağası

İsrail ABŞ-İran memorandumunun mətnini əldə etmək istəsə də, rədd cavabı alıb. Memorandum iyunun 19-da İsveçrədə imzalanacaq.

0
Bu gün / 18:30
|
767

Ukrayna hərbi təyyarəsi qəzaya uğradı

Ukrayna hərbi təyyarəsi Xmelnitski vilayətində qəzaya uğradı. Hadisə ilə bağlı təfərrüatlar.

0
Bu gün / 18:02
|
763

İtaliyanın SAMP-T raket kompleksi Türkiyədə yerləşdiriləcək

Türkiyə Müdafiə Nazirliyi, İtaliyaya məxsus SAMP-T zenit-raket kompleksinin Konya Hərbi Hava Bazasında yerləşdiriləcəyini açıqladı. NATO-nun müdafiə planı çərçivəsində atılan addım.

0
Bu gün / 18:00
|
254

Meloninin siqareti tərgitmə anı G7-də alqışlandı

G7 sammitində Corica Meloninin siqareti tərgitmə qərarı liderlər tərəfindən alqışlandı. Ərdoğanın tövsiyəsi və Makronun reaksiyası.

0
Bu gün / 17:31
|
928

Hindistanda Telegram bloklandı: imtahan sualları sızdırıldı

Hindistanda NEET imtahan suallarının sızdırılmasına görə Telegram bloklanıb. İyunun 22-dək qüvvədə olacaq qərar barədə ətraflı məlumat.

0
Bu gün / 17:01
|
558

Rusiya gəmisi La-Manşda xəbərdarlıq atəşi açdı

Rusiya hərbi gəmisi La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb. Hadisə araşdırılır.

0
Bu gün / 17:00
|
359

İlon Mask yeni tarix yazdı: SpaceX Amazonu keçdi

SpaceX-in bazar dəyəri 2.8 trilyon dollara çataraq Amazonu keçdi. İlon Mask dünyanın ilk trilyonçusu oldu.

0
...
6 milyonluq lotereya bileti oğurlandı və yandırıldı | Bond.az