Ucarda 62 yaşlı kişi kafeyə gedərkən küçədə qəflətən ölüb.
Hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Qurbanəli Cəfər oğlu Həsənovun halı qəfildən pisləşib.
İlkin ehtimallara görə, ölüm səbəbi ürək çatışmazlığıdır. Yaxınları onun uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.
Meyit müvafiq qurumlara təhvil verilib.












