Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sürücü geriyə hərəkət edərkən piyadanı vurub.
Hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Alpout kənd sakini, 54 yaşlı Mirsaab Qasımov "Mercedes-Vito" markalı avtomobili arxaya sürərkən, Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada Əbülfət Məmmədovu vurub.
Zərərçəkən müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












