Bakının Binəqədi rayonunda polisə qarşı çıxan sürücü həbs edilib.
Oxu.Az bildirir ki, İsrafil Əliyev atasına məxsus "Hyundai" markalı avtomobili narkotik təsiri altında idarə edib.
O, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Məhkəmə onu 30 sutka müddətinə inzibati həbs cəzasına məhkum edib.












