Biləsuvar rayonunda ağır qəza qeydə alınıb.
Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar hissəsində baş verib.
İlkin məlumata görə, iki yük maşını toqquşub.
Nəticədə Masallı rayonunun Ərkivan kənd sakini, 1966-cı il təvəllüdlü Ələddin Babayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.












