Bond.az xəbər verir ki, FIFA-nın baş katibi Mattias Qrafstrom şənbə günü İstanbulda İran Futbol Federasiyası (FFIRI) rəsmiləri ilə görüşəcək.
Görüşün əsas məqsədi İranın Dünya Kubokunda iştirakına dair "təminat" verməkdir.
İran milli futbol komandası ABŞ-da keçiriləcək DÇ-nin üç qrup oyununu da oynamalıdır. Lakin komandanın iyun-iyul aylarında keçiriləcək turnirdə iştirakı sual altındadır.
Sual, FFIRI prezidenti Mehdi Taca Kanadaya giriş icazəsi verilməməsindən sonra daha da artıb.












