Bond.az White LogoBond.az Black Logo

Alman iqtisadçı DÇ-2026 qalibini proqnozlaşdırdı

Alman iqtisadçı Yoahim Klement 2026 DÇ qalibini açıqladı: Niderland finalda Portuqaliyanı məğlub edəcək. Modelin əsas göstəriciləri haqqında oxuyun.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Almaniyalı iqtisadçı Yoahim Klement 2026-cı il futbol üzrə dünya çempionatının qalibi ilə bağlı proqnozunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" yazıb.

Mütəxəssisin fikrincə, qarşıdakı dünya çempionatında Niderland milli futbol komandasını uğur gözləyir. Onun proqnozuna görə, niderlandlılar finalda Portuqaliya millisi üzərində qələbə qazanacaqlar.

Klement daha əvvəl 2014-cü il dünya çempionatının qalibi olan Almaniya milli futbol komandası, 2018-ci ildə çempion olan Fransa millisi və 2022-ci ildə kuboku qazanan Argentina millisi ilə bağlı proqnozlarında düzgün nəticə əldə edib.

"Almaniya Braziliyada dünya çempionu olanda ilk dəfə dəhşətə gəlmişdim. Çünki bütün ekspertlər bildirirdilər ki, indiyədək heç bir Avropa komandası Cənubi Amerikada keçirilən dünya çempionatını qazanmayıb... Bu tamamilə qeyri-rasional məsələdir. Lotereya oynamağa bənzəyir. Həmişə deyirəm ki, əgər kimsə növbəti dünya çempionu ilə bağlı proqnozuma əsasən mərc edirsə, ona artıq kömək etmək mümkün deyil", - deyə Klement bildirib.

İqtisadçının modeli bir sıra əsas göstəriciləri nəzərə alır. Bunlara ölkələrin adambaşına düşən ÜDM-i (idman infrastrukturuna təsir göstərən amil kimi), əhalinin sayı, futbolun cəmiyyətdəki statusu, milli komandanın dünya reytinqindəki mövqeyi, eləcə də "uğur" amilini təmsil edən göstəricilər daxildir.

Digər Xəbərlər
Bu gün / 23:00
|
732

DÇ-2026: Fransa İsveçi 3:0 darmadağın etdi

DÇ-2026 1/16 finalında Fransa İsveçi 3:0 darmadağın etdi. Mbappe iki qol, Barkola bir qol vurdu. Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.

0
Bu gün / 22:30
|
459

Lebron Ceyms komandasını dəyişir

Dördqat NBA çempionu Lebron Ceyms Los-Anceles Leykersdən ayrılır. Transfer üçün Qolden Steyt Uorriors əsas namizəddir.

0
Bu gün / 20:02
|
487

Messi Hörümçək Adamla birgə uçdu

Argentina kapitanı Lionel Messi 'Hörümçək adam: Yeni gün' filminin tanıtım çarxında rol alıb. Video və film premyerası haqqında ətraflı.

0
Bu gün / 19:32
|
998

DÇ-2026: Norveç Braziliyaya rəqib oldu

DÇ-2026 1/16 finalında Norveç Kot-d'İvuarı 2:1 məğlub edərək Braziliyaya rəqib oldu. Erlinq Holand qələbə qolunu vurdu.

0
Bu gün / 19:31
|
752

Azərbaycan cüdosu Avropada 7 medala yüksəldi

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında 7 medal qazanaraq böyük uğura imza atdı.

0
Bu gün / 19:30
|
476

UEFA Fənərbağçanı 7 milyon avro cərimələdi

UEFA Fənərbağçanı 7 milyon avro cərimələdi. Səbəb maliyyə qaydalarının pozulması və heyət xərcləri limitinin aşılmasıdır.

0
Bu gün / 19:01
|
438

Zirə Iğdıra məğlub oldu

Zirə Türkiyədə yoxlama oyununda Iğdıra məğlub olub. Yeqor Boqomolski dubl etdi, Elçin Əlicanov qol vurdu.

0
Bu gün / 17:31
|
330

Almaniya futbolçuları penaltidən qorxdu

Almaniya millisinin futbolçuları Paraqvaya qarşı oyunda penalti vurmaqdan qorxdu. Jonatan Ta məsuliyyəti üzərinə götürsə də, qol vura bilmədi.

0
Bu gün / 17:00
|
538

"Milan" PSJ-dən hücumçu Ramuşu transfer etdi

Milan PSJ-dən hücumçu Qonsalu Ramuşu 70 milyon avroya transfer etdi. Portuqaliyalı futbolçu 2031-ci ilə qədər müqavilə imzaladı.

0
Bu gün / 16:02
|
505

Noyer Almaniya millisini tərk etdi

Manuel Noyer Almaniya millisində karyerasını başa vurdu. 40 yaşlı qapıçı 2014-cü ildə dünya çempionu olub.

0
Bu gün / 14:02
|
349

Sabah İqor Noqeyra ilə yolları ayırdı

Sabah FK braziliyalı müdafiəçi İqor Noqeyra ilə yollarını ayırdı. Noqeyra 2024-cü ildən komandada idi.

0
Bu gün / 11:31
|
974

Yann Sommer "İnter"dən ayrıldı

Yann Sommer "İnter"dən rəsmən ayrıldı. İsveçrəli qapıçı 3 mövsümdə 4 titul qazandı.

0
...
Alman iqtisadçı DÇ-2026 qalibini proqnozlaşdırdı | Bond.az