Bakıda yenidənqurma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlıq işləri planlaşdırılır.
Proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun həyata keçirilir.
İlkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində tikinti materialları bazarı və ətrafdakı kommersiya obyektlərinin sökülməsi nəzərdə tutulur.
Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi layihələri də gündəmdədir.
Bayıl qəsəbəsi, Mərkəzi Park ətrafı və "Təzəpir" məscidi yaxınlığında yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsində abadlıq layihələri planlaşdırılır.
Qış parkının genişləndirilməsi və Nizami küçəsi ilə əlaqələndirilməsi də nəzərdə tutulur. Ceyhun Hacıbəyli küçəsində tramvay xətti yaradılacaq.
Kompensasiya məbləği bəzi layihələrdə 2700 manata qədər yüksəlib. Qiymətləndiricilər hər əmlak üçün ayrıca qiymətləndirmə aparılmasını tövsiyə edir.












