Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, 5.9 min ABŞ dolları dəyərində 1 ton 497 kiloqram çəkisi olan "bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr"dən ibarət mallar müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikası istiqamətinə yola düşüb.












