Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın dağlıq ərazisində cüyür balası aşkar ediblər.
Balaca cüyür “Bembi”ni xatırladıb və ona peşəkar yardım göstərilib.
Sərhədçi baytar həkim ilkin tibbi yardım edib, sonra cüyür balası təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda cüyürün aidiyyəti dövlət qurumuna təhvil verilməsi üçün tədbirlər görülür.
DSX işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin qorunmasına xüsusi diqqət yetirir.












