Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı yenidənqurma işlərindən sonra fəaliyyətə başlayıb.
AQTA-nın məlumatına görə, bazarda biotəhlükəsizlik tədbirləri gücləndirilib. Girişdə dezbaryerlər quraşdırılıb, xəstə heyvanlar üçün izolyatorlar tikilib.
Ərazi asfaltlanıb, heyvanların rahat hərəkəti üçün rampalar və çardaqlar qurulub. Baytarlıq nəzarət məntəqəsi də fəaliyyət göstərir.
Qeyd edək ki, bundan əvvəl 12 rayonda heyvan bazarları bərpa olunub.












