Ukraynanın Odessa vilayətində bir şəhərin meri saxlanılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumatına görə, o, 35 min ABŞ dolları rüşvət alarkən yaxalanıb.
Yerli mer, külək elektrik stansiyasının tikintisi üçün icazə sənədlərini razılaşdırmaq vədəsi ilə pul tələb edib. UTX əməkdaşları onun cinayət fəaliyyətini sənədləşdirib və rüşvət alarkən həbs ediblər.
Merə qarşı xüsusilə məsuliyyətli vəzifədə qanunsuz qazanc əldə etmək ittihamı irəli sürülüb. O, 12 ilədək həbs cəzası ilə üzləşir. Həmçinin onun barəsində qətimkan tədbiri seçiləcək.
Məlumata görə, həbs olunan şəxs Kiliya şəhərinin meri Vyaçeslav Çernyavskidir.












