İyunun 29-da Bakının bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
"Azərişıq" ASC bildirib ki, Nizami RETSİ ərazisində Qapalı Paylayıcı Qurğularda təmir-təftiş işləri aparılacaq.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisi olmayacaq.
Təmir işləri bitdikdən sonra həmin küçə daha keyfiyyətli enerji ilə təmin olunacaq.












