Bazardüzü zirvəsində xəsarət alan alpinist xilas edilib.
Oxu.Az xəbər verir ki, FHN hadisə barədə məlumat yayıb.
“112” qaynar xəttinə Quba rayonunda Bazardüzü zirvəsi yaxınlığında bir nəfərin sıldırımdan yıxılaraq köməksiz qalması barədə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist-xilasediciləri hadisə yerinə cəlb edilib.
2000-ci il təvəllüdlü Altay Cəfərov 3500-3800 metr yüksəklikdə sıldırımdan yıxılaraq xəsarət alıb.
Xilasedicilər onu çətin ərazidən təxliyə edərək təcili tibbi yardıma təhvil veriblər.












