DÇ-2026-da qrup mərhələsinin son turunda Əlcəzair - Avstriya oyunu (3:3) maraqlı bir statistika ilə yadda qaldı.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, "Opta" analitik platformasının məlumatına görə, Əlcəzair futbolçuları üçüncü qolu vurmazdan əvvəl beş dəqiqədən çox topa nəzarət edib.
Kapitan Riyad Marez 93-cü dəqiqədə 110 ötürmədən sonra fərqlənərək hesabı 3:2 etdi.
Lakin üstünlük cəmi üç dəqiqə davam etdi. Avstriyadan Saşa Kalayciç 96-cı dəqiqədə bərabərlik qolunu vurdu.
Nəticədə Avstriya J qrupunda ikinci olub və pley-offda İspaniya ilə qarşılaşacaq. Əlcəzair isə qrup üçüncüsü kimi 1/16 finalda İsveçrə ilə oynayacaq.












