ABŞ və İran nümayəndələri qarşılıqlı zərbələrin dayandırılması barədə razılığa gəliblər. Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.
Həmçinin, iyunun 30-da Dohada Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün məsləhətləşmələr keçiriləcək. Yüksəkvəzifəli ABŞ rəsmisi bildirib ki, hər iki tərəf bir-birinə zərbələr endirməyi dayandırmaq barədə razılığa gəlib.
Ravidin sözlərinə görə, tərəflər əvvəlcə İsveçrədə İranın nüvə proqramını müzakirə etməyi planlaşdırırdılar, lakin son eskalasiya səbəbindən danışıqların yeri və mövzusu dəyişdirilib. ABŞ tərəfdən texniki qrupun rəhbəri Nik Stüart məsləhətləşmələrdə iştirak edəcək.












