Şuşa şəhərinə növbəti köçün 2027-ci ildə olması planlaşdırılır. Bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Hazırda Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün məskunlaşıb. Kərimov qeyd edib ki, cari ildə şəhərə köç olmayacaq, çünki binalarda tikinti işləri davam edir. Növbəti köç gələn ilə planlaşdırılır.
Bu il Şuşanın Böyük və Kiçik Qaladərəsi kəndlərinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur. Hazırlıq işlərinə yaxın zamanda başlanılacaq.
2027-ci ildə isə Şuşa şəhərinin Turşsu qəsəbəsinə köç planlaşdırılır. Kərimov bildirib ki, bu qəsəbə sıfırdan tikiləcək və tikinti işləri yekunlaşdıqdan sonra gələn il köç təşkil ediləcək.












