Azərbaycanda su təchizatını yaxşılaşdırmaq üçün yeni su anbarları tikilir. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Xəyyam Məmmədov məlumat verib.
WUF13 çərçivəsində keçirilən tədbirdə o bildirib ki, əsas su kanalları bərpa olunur və 1 milyard kubmetrdən çox su toplamaq üçün nəzərdə tutulmuş bir neçə yeni su anbarı üzərində işlər davam edir.












