Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 55-ci km-də yerləşən qəzalı körpünün sökülməsinə qərar verilib.
Azərbaycan Avtomobil Yolları Agentliyi yeni körpü layihələndirilməsi və nəqliyyatın təşkili üçün tədbirlər görür.
Təhlükəsizlik məqsədilə Bakı istiqamətində hərəkət məhdudlaşdırılıb, avtomobillər alternativ marşruta yönləndirilib.
Qeyd edək ki, 1980-ci illərdə tikilmiş körpünün üçüncü aşırımı çöküb və körpü yararsız hesab olunur.












