Mayın 22-də saat 10:00-dan etibarən Yevlax rayonunun Tanrıqulular, Boşçalı və Hürüşağı kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Tərtər Regional Qaz İstismar İdarəsindən verilən məlumata görə, bu, payız-qış mövsümünə hazırlıq işləri ilə bağlıdır.
Qaz təchizatının bərpa olunacağı tarix işlərin yekunlaşmasından asılı olacaq.












