Uşaqlar hüquq sistemində kifayət qədər səs sahibi deyil. Bu fikri Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O, qeyd edib ki, uşaqlar həssas qrup olaraq özlərini ifadə etməkdə çətinlik çəkir. Sistemin dili onlar üçün anlaşılmaz ola bilir.
Bağırov vurğulayıb ki, vəkillərin əsas vəzifəsi bu maneələri aradan qaldırmaqdır: "Vəkil uşağa güvən verməli, onun danışa bilmədiyi anlarda səsi olmalıdır."
O, əlavə edib ki, məhkəmədə uşaq maraqlarını qoruyan vəkil sadəcə vəzifəsini yerinə yetirmir, uşağın gələcəyini formalaşdırır. Uşağın hüquqa olan ilk baxışı vəkillə ünsiyyətdən asılıdır.












