Bakının Nəsimi rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Buna səbəb ərazidə aparılacaq təmir-quraşdırma işləridir.
İyunun 11-də saat 10:00-dan işlər başa çatanadək Azadlıq prospekti, M.Qaşqay, Ə.Qasımzadə, S.Rüstəm, S.Zeynalov, M.Rəfili, M.Kaveroçkin, V.Plotnikov, S.Əsgərova, S.Rəhimov, Bakıxanov, E.Tağızadə və İ.Həmidov küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.












