Bakı Zooloji Parkında nəsli tükənməkdə olan Amur pələnginin iki balası dünyaya gəlib.
Mütəxəssislər bunu nadir növlərin qorunması baxımından mühüm hadisə kimi qiymətləndirirlər.
Valideynlər övladlarını pələng balalarını görmək üçün gətirir, bunun uşaqların təbiətə sevgisinə müsbət təsir etdiyini deyirlər.
Zooloji Parkın baş baytarı Elvin Süleymanov bildirib ki, balalar mart ayında doğulub və ziyarətçilərin böyük marağına səbəb olur: "Amur pələngləri qütb ayısı və qonur ayıdan sonra dünyanın ən böyük 3-cü yırtıcısıdır".












