Sumqayıtda 16 yaşlı C.A.-nın intiharı ilə bağlı məhkəmə qərarı çıxıb. Təqsirləndirilən 24 yaşlı N.A.-ya 15 il həbs cəzası verilib.
İstintaq müəyyən edib ki, N.A. yeniyetməni sosial şəbəkədə şantaj edib, onun Instagram hesabını ələ keçirib və rüsvayedici məlumatlar yayıb. O, yeniyetməyə "Get, özünü as" deyərək intihara sövq edib.
N.A. həmçinin 15 yaşlı başqa bir yeniyetməni də eyni üsulla şantaj etdiyi üzə çıxıb. Məhkəmə onu intihara sövq etmə və yetkinlik yaşına çatmayanlara qarşı ağır cinayət törətməkdə təqsirli bilib.
Təqsirləndirilən ittihamları qəbul etməyərək bəraət istəsə də, məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib.












