Pakistan müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanına 8 min əsgər, hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələr göndərib.
"Reuters"in məlumatına görə, İslamabad krallığa 16 ədəd "JF-17 Thunder" qırıcısı, iki PUA eskadrilyası və "HQ-9" HHM sistemləri təhvil verib.
Bütün texnikanın idarəsi Pakistan hərbçiləri tərəfindən həyata keçirilir, xərcləri isə Ər-Riyad qarşılayır. Qüvvələrin yerdəyişməsi İran ətrafındakı gərginliklə eyni vaxta düşür.
Pakistan 2025-ci il sentyabrında Səudiyyə Ərəbistanı ilə strateji müdafiə paktı imzalayıb.












