İran Prezidenti Məsud Pezeşkian ölkədə beynəlxalq internetə çıxışın bərpası ilə bağlı qərarı rəsmən təsdiqləyib.
Qərar "Virtual Məkanın Tənzimlənməsi Şurası" tərəfindən qəbul edilib və Rabitə Nazirliyinə icra üçün göndərilib.
Xatırladaq ki, ABŞ və İsrailin hücumlarından sonra fevralın 28-dən İranda beynəlxalq internet tam bloklanmışdı.
Hökumət məhdud çıxış üçün "Ağ SİM Kart" proqramı tətbiq etmişdi, lakin bu, yalnız diplomatlar və bəzi şəxslər üçün əlçatan idi.
Hazırda adi vətəndaşlar VPN vasitəsilə internetə çıxış əldə edir.












