İndoneziyada baş verən 6.7 maqnitudalı zəlzələ nəticəsində azı üç nəfər həyatını itirib.
''Antara'' agentliyinin məlumatına görə, daha 108 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Təbii fəlakət təxminən 6400 nəfərə ziyan vurub.
Episentr Palu şəhərindən 46 km cənub-şərqdə, dərinliyi 10 km olub.











