İtaliyanın iqtisadi inkişaf naziri Adolfo Urso, SOCAR-ın Italiana Petroli (IP) şirkətinə yatırdığı investisiyaların ölkənin enerji potensialını gücləndirdiyini bildirib.
Urso, sosial media hesabında yazıb: "Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR prezidenti Rövşən Nəcəflə görüşdüm. IP-yə investisiyanın təsdiqi İtaliyanın sənaye və enerji platforması kimi mövqeyini möhkəmləndirir."












