Çində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə Çinin mərkəzində yerləşən Xenan əyalətinin sürətli avtomaqistral hissəsində mayın 28-də səhər tezdən baş verib. Normalda 9 nəfərlik olan sərnişin mikroavtobusunda 16 nəfər olub.
ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyi hadisə yerinə işçi qrupu göndərib.











