ABŞ Administrasiyası Mayami federal prokurorlarına Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə bağlı istintaqı dayandırmağı qeyri-rəsmi şəkildə tapşırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Rodriges 2018-ci ildən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin diqqətində idi, lakin ittiham irəli sürülməyib. ABŞ Ədliyyə Nazirliyi isə dayandırılmış istintaqın olmadığını bildirib.
Mənbələrə görə, administrasiya Vaşinqton və Karakas arasında münasibətləri sabit saxlamaq üçün bütün araşdırmaların ləğvini əmr edib. "Hamıya bu işi dayandırmaq tapşırılıb", - deyə mənbə bildirib.












