Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Paylaşımda "Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən paylaşırıq. #BirMillətİkiDövlət" qeyd olunub.












