ABŞ Prezidenti Donald Tramp sensasion açıqlama verib: Amerika və İran müharibənin dayandırılması ilə bağlı razılığa gəlib. Yalnız sənədlərin imzalanması qalıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə bildirib: "Biz İranla müharibəni dayandırmaq üçün əla razılaşmalar əldə etdik. Sənədlərin rəsmiləşdirilməsini tamamlayacağıq. Bu, bir neçə günə reallaşacaq."
ABŞ lideri qeyd edib ki, razılaşma həftəsonu imzalana bilər. Tramp vurğulayıb: "Müqavilə imzalanan kimi Hörmüz boğazı açılacaq. Bu, çox tez baş verəcək. Ola bilsin ki, avropada, istirahət günlərində. Mən orada olmayacağam, vitse-prezident Vens iştirak edəcək."
Məlumata görə, İran nümayəndələri sülh sazişinin son variantını Qətər vasitəsilə ABŞ-yə təqdim edib. CNN-in mənbələrinə görə, Qətər danışıqlarda bir neçə problemli bəndin həllinə kömək edib, o cümlədən nüvə proqramı üzrə gələcək danışıqların formatı və İrana qarşı sanksiyaların yumşaldılması.












