Çexiyada dəhşətli hadisə: 35 yaşlı ana yenidoğulmuş körpəsini öldürüb və qalıqları itlərə atıb.
Hadisə Kinşperk-nad-Ohrji şəhərində baş verib. Qayınana həyətyanı sahədə qanlı əl və ayaq qalıqları olan paketlər tapıb.
Polis körpənin bədəninin itlər tərəfindən parçalandığını ehtimal edir. Ana həbs edilib, ağır qətldə ittiham olunur.
Qonşular qadının hamiləliyinin son mərhələsində olduğunu, sonra qarnının kiçildiyini bildiriblər.
Təqsirli bilinərsə, ananı 15 ildən ömürlük həbs gözləyir.












