İran ABŞ ilə hər hansı saziş mətnini təsdiqləmədiyini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Fars" agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən xəbər yayıb.
Bildirilib ki, ABŞ ilə ilkin saziş üçün heç bir mətn təsdiqlənməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İranla sazişin imzalanması üçün vaxt və yerin elan olunacağını demişdi.












