Bakı sakini, 27 yaşlı qadın çiyələk yedikdən sonra bədənində səpkilər əmələ gəlib, daha sonra dərisi soyulmağa başlayıb.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, səpkilər suluqlara çevrilib və üz nahiyəsinə qədər yayılıb.
Allergiyanın ağır formasına çevrilən yaralar xəstənin vəziyyətini ağırlaşdırıb. Xəstəxanaya çatdırılan qadına toksik allergik dermatit diaqnozu qoyulub.
Həkim-efferentoloq Ağa İsmayılov bildirib ki, səbəb meyvənin yetişdirilməsi zamanı istifadə olunan gübrələr və ya kimyəvi maddələr ola bilər. Meyvələr istehlak edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır.
Həkim qeyd edib ki, saplağın giləmeyvədən ayrılması da vacibdir. Əks halda bu, ciddi fəsadlara səbəb ola bilər. Hazırda qadının vəziyyəti qənaətbəxşdir, müalicəsi ev şəraitində davam edir.












