Bond.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları və İran arasında atəşkəsin 60 gün uzadılması və Hürmüz boğazının ticarət gəmiçiliyinə açılması ilə bağlı razılıq əldə olunmaq üzrədir.
Məlumata görə, ABŞ rəsmisi bildirib ki, təklif olunan müqavilə çərçivəsində Hürmüz boğazı 60 gün ərzində açıq qalacaq və gəmilər maneəsiz keçə biləcək. İran isə boğazda yerləşdirdiyi minaları təmizləyəcək.
Bunun müqabilində ABŞ İran portlarına tətbiq etdiyi blokadanı qaldıracaq və Tehranın neft ixracına imkan verən sanksiya güzəştləri tətbiq edəcək.
Razılaşma layihəsində İranın nüvə silahı istehsal etməməsi öhdəliyi və uran zənginləşdirmə fəaliyyətini dayandırmaq üçün danışıqlara başlamaq da yer alır.
Hürmüz boğazı qlobal neft tədarükünün beşdə birini təşkil edir və onun açılması enerji təhlükəsizliyi üçün mühüm addımdır.











