Yaponiya maliyyə naziri Satsuki Katayama, OpenAI-in yeni GPT-5.5 modelinin bəzi Yaponiya banklarına kiberhücumlardan qorunmaq üçün təqdim edildiyini açıqladı.
Nazir, Tokioda OpenAI-in baş strateji direktoru Cason Kvon ilə görüşdən sonra bunu müsbət addım kimi qiymətləndirdi.
Bankların adları açıqlanmasa da, Nikkei qəzeti Yaponiyanın üç böyük bankının - MUFG, Sumitomo Mitsui və Mizuho - bu imkandan yararlanacağını yazıb.












