Bond.az White LogoBond.az Black Logo

Lerikdə qazi avtomobil ustasının ölümü ilə bağlı DƏHŞƏTLİ DETALLAR

Lerikdə qazi avtomobil ustasının faciəli ölümünün təfərrüatı: "QAZ-66" markalı avtomobilin dərəyə aşması nəticəsində Həmzə Mirseyidzadə həyatını itirib.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
0

Lerik rayonunun Daster kəndində baş verən faciəli hadisənin təfərrüatı məlum olub. 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadə qohumuna məxsus "QAZ-66" markalı yük avtomobilini təmir edib.

Təmirdən sonra avtomobilin texniki vəziyyətini yoxlamaq istəyən Həmzə sükan arxasına keçib. Lakin idarəetmə zamanı o, nəqliyyat vasitəsini dərəyə aşırıb.

Ağır xəsarətlər alan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Həmzə Mirseyidzadə Vətən müharibəsi iştirakçısı, yəni qazi olub. Onun ölümü ailəsi və yaxınları üçün ağır itki oldu.

Digər Xəbərlər
2026-05-07 08:56
|
429

Bağçada təhqir edən tərbiyəçi işdən qovuldu

Gəncədə özəl bağçada uşaqları təhqir edən tərbiyəçi işdən çıxarıldı. Valideynlər narahat, bağça rəhbərliyi və polis tədbir gördü.

0
2026-04-28 07:59
|
551

Yolda qalan yük maşınına çırpılan Mercedes sürücüsü faciəvi şəkildə həyatını itirdi - GÖRÜNTÜLƏR

Bakıda yolda qalan yük maşınına çırpılan Mercedes sürücüsü faciəvi şəkildə həyatını itirdi. Hadisə anı görüntüləri ilə.

0
...
Lerikdə qazi avtomobil ustasının ölümü ilə bağlı DƏHŞƏTLİ DETA...