Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Sabah" klubunu Azərbaycan Kubokunu qazanması münasibətilə təbrik edib.
R.Nəcəf "X" sosial şəbəkəsində paylaşım edərək klub rəhbərliyinə, məşqçilərə və futbolçulara təşəkkürünü bildirib.
"Gərgin və maraqlı mübarizədə göstərdiyiniz əzm və peşəkarlıq sizi zəfərə daşıdı. Bu uğur hər kəsin birgə əməyinin nəticəsidir" deyə qeyd edib.
Prezident, komandanın beynəlxalq arenada ölkəni layiqincə təmsil edəcəyinə inamını ifadə edib.












