"Formula-1" üzrə dünya çempionatında yarışan "Ferrari" komandasının rəhbəri Frederik Vassyör Monakoda xəstəxanaya yerləşdirilib.
Bu barədə "Ferrari"nin mətbuat xidməti məlumat yayıb.
"Vassyör bu gün trekdə olmayacaq. Bir neçə tibbi müayinədən sonra o, yerli tibb müəssisəsində həkimlərin nəzarəti altında qalacaq. Biz ona tezliklə sağalmasını arzulayırıq", - deyə açıqlamada qeyd edilib.
Bu həftəsonu Monakoda "Formula-1"in altıncı mərhələsi keçirilir, bu gün əsas yarışın sıralanma turu baş tutacaq. "Ferrari" sürücüləri favorit hesab olunur.
58 yaşlı Vassyör 2023-cü ilin yanvarından "Ferrari"yə rəhbərlik edir.












