Avropa müşahidələr tarixində ən güclü iyun istilərindən birini yaşayır. Bu barədə Oxu.Az xəbər verir.
London İmperial Kollecinin ekstremal hava hadisələri üzrə tədqiqatçısı Dr. Teodor Kipinq bildirir ki, iqlim dəyişikliyi olmasaydı, iyun havası təxminən 3-5°C daha sərin olardı. Yarım əsr əvvəl belə istilər mümkün deyildi.
Ümumdünya Meteorologiya Xidmətinin təhlilinə görə, 22-29 iyun tarixlərində Qərbi və Mərkəzi Avropada 854 şəhərin 45 faizində istilik rekordları qırılıb və ya qırılması gözlənilir.
Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərənin cənubunda temperatur mövsümi normadan 5-12°C yüksək olub. Böyük Britaniyanın digər bölgələrində, İrlandiyada, Danimarkada, İsveçdə, Polşada, Çexiyada da iyun rekordları qeydə alınıb.
Alimlər bu istiləri "istilik günbəzi" adlanan hadisə ilə əlaqələndirirlər. İstilik Şimali Afrikadan gələrək Avropada toplanıb və qitəni isti bir istixanaya çevirib.












