2026-cı il dünya çempionatında III turun oyunları davam edir. İkinci oyun günündə K qrupunun iki görüşü baş tutub.
Konqo Demokratik Respublikası millisi Özbəkistanla qarşılaşıb. Görüş 3:1 hesabı ilə konqoluların xeyrinə başa çatıb. Xallarının sayını 4-ə çatdıran Afrika təmsilçisi qrupu 3-cü pillədə bitirərək pley-offa vəsiqə qazanıb. Özbəkistan 0 xalla sonuncu pillədə qərarlaşıb və turnirlə vidalaşıb.
Qrupun digər matçında Kolumbiya Portuqaliya ilə üz-üzə gəlib. Matç qolsuz başa çatıb: 0:0.
Bu nəticədən sonra Kolumbiya 7 xalla qrupdan lider, Portuqaliya isə 5 xalla qrup ikincisi kimi 1/16 finala yüksəlib.
Hər iki matç Bakı vaxtı ilə saat 03:30-da start götürüb.












