Bond.az White LogoBond.az Black Logo

Həsən bəy Zərdabinin doğum günü

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günü münasibəti ilə məqalə.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Bu gün Azərbaycan milli mətbuatının banisi, maarifçi Həsən bəy Zərdabinin anadan olmasından 189 il ötür.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. İlk təhsilini mollaxanada alıb, orta məktəbi Tiflisdə bitirib. Daha sonra Moskva Universitetində təbiət elmləri üzrə ixtisaslaşıb.

1869-cu ildən Bakıda rusdilli orta məktəbdə təbiətşünaslıq dərsi deyən Zərdabi, maarifçilik və mədəniyyətin inkişafı üçün çalışıb. 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovla birgə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını səhnəyə qoyaraq Azərbaycan teatrının təməlini qoyub.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin yaradılmasında iştirak edib.

Zərdabinin ən böyük xidməti 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet "Əkinçi"nin nəşrə başlamasıdır. Sadə xalqın maariflənməsinə xidmət edən bu qəzet iki il fəaliyyət göstərib, 1877-ci il sentyabrın 29-da çapı dayandırılıb.

1880-1890-cı illərdə "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" kimi qəzetlərdə Azərbaycan və rus dillərində elmi-kütləvi məqalələr yazıb.

Ömrünün sonunda Bakı Şəhər Dumasının maarif şöbəsində çalışıb. 1907-ci il noyabrın 28-də vəfat edib, Bibiheybət məscidi yaxınlığında dəfn olunub. 1957-ci ildə məzarı Fəxri xiyabana köçürülüb.

Bu gün Azərbaycan Təbiət Tarixi Muzeyi və Gəncə Pedaqoji İnstitutu onun adını daşıyır.

Digər Xəbərlər
Bu gün / 06:31
|
479

Bakıda yol qaydalarını pozan motosikletçi saxlanıldı

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosikletçi Amin Məmmədov polis tərəfindən saxlanılıb.

0
Bu gün / 05:00
|
739

Bakıda boru partladı, küçəni su basdı

Bakının Nizami rayonunda su borusu partlayıb, küçə su altında qalıb. Nəqliyyat hərəkəti çətinləşib, sakinlər şikayətçidir.

0
Bu gün / 01:30
|
952

Zelenski şanssız, yoxsa Ukrayna xalqı?

Mübariz Aslanovun reportajı: Baxmutdan Kiyevə qədər müharibə, Ukrayna rəhbərliyinin kadr siyasəti və Azərbaycanın yardımları.

0
Dünən / 23:31
|
466

Astana: keçmişlə gələcəyi birləşdirən şəhər

Astana: keçmişlə gələcəyi birləşdirən şəhər. Avrasiyanın qızıl qapısı, memarlıq, muzeylər, süni intellekt mərkəzi haqqında reportaj.

0
Dünən / 22:00
|
915

Mark Kim Azərbaycan dilini necə öyrəndi?

Bloqer Mark Kim Azərbaycan dilini uşaqlarla futbol oynamaq üçün öyrəndiyini və geyim tərzi ilə bağlı tənqidlərə məruz qaldığını danışdı.

0
Dünən / 19:01
|
503

Şamaxıda Ağsu çayı daşdı: Yollar bağlandı

Şamaxıda Ağsu çayının daşması nəticəsində yollar bağlanıb, nəqliyyat iflic olub.

0
Dünən / 16:30
|
710

Bakıda sakinlərin kabus küçəsi

Bakının Sabunçu rayonunda Nikolay Baybakov küçəsi sakinləri yolun bərbad vəziyyətindən şikayətçidir. Təcili yardım tıxacda qalır.

0
Dünən / 15:01
|
357

Xaricdə təhsil alanlara möhlət dəyişikliyi

Xaricdə təhsil alanlar üçün möhlət hüququnda dəyişikliklər gündəmdə. Səfərbərlik Xidməti rəisi Mürsəl İbrahimov yeni təklifləri açıqlayıb.

0
Dünən / 14:32
|
946

Avtobus sürücüsü əks zolağa çıxıb: təhlükəli manevr

Bakıda avtobus sürücüsü əks zolağa çıxaraq təhlükəli manevr edib. Zığ şosesində baş verən hadisə ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.

0
Dünən / 14:30
|
524

Sumqayıt sakinləri 21 ildir marşrut gözləyir

Sumqayıtın 76-cı məhəlləsində sakinlər 21 ildir marşrut xətti olmamasından şikayətlənir. Gündəlik 4 km piyada getmək məcburiyyətində qalırlar.

0
Dünən / 14:03
|
565

500+ əməkdaş intizam məsuliyyətinə cəlb edildi

Səfərbərlik Xidmətinin rəisi son 3 ildə 500-dən çox əməkdaşın intizam məsuliyyətinə cəlb edildiyini, 100-dən çox materialın prokurorluğa göndərildiyini bildirib.

0
Dünən / 14:02
|
244

Çökən körpünün təmiri niyə ləngiyir?

Bakı-Qazax yolunda çökən körpünün təmiri 43 gündür davam edir. Sürücülər yan yoldan istifadə edir. Rəsmi açıqlama: yaxın zamanda tamamlanacaq.

0
...
Həsən bəy Zərdabinin doğum günü | Bond.az