Futbol üzrə dünya çempionatının (DÇ-2026) L qrupunda son tur oyunları baş tutub.
İngiltərə millisi Panama ilə qarşılaşaraq 2:0 hesabı ilə qalib gəlib. Qolları Cud Bellinqem (62) və Harri Keyn (67) vurub.
Xorvatiya isə Qananı 2:1 məğlub edib. Xorvatlardan Petar Suçiç (31) və Nikola Vlaşiç (83), afrikalılardan Derrik Lyukkassen (73) fərqlənib.
Bu nəticələrlə İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 6 xalla ikinci olaraq pley-offa adlayıb. Qana 4 xalla üçüncü, Panama isə 0 xalla sonuncu olub.












