Bakının Nizami rayonunda su borusunun partlaması nəticəsində küçəni su basıb.
Hadisə Cəmşid Naxçıvanski küçəsi, 458 ünvanında baş verib. Güclü təzyiqlə yerdən fəvvarə vuran su qısa müddətdə yolu su altında qoyub, küçə boyu axın yaranıb.
Nəqliyyatın hərəkəti çətinləşib. Sakinlərin bildirdiyinə görə, hadisə səhər saatlarından baş verib və əraziyə baxış keçirilsə də, problem aradan qaldırılmayıb.












