Bakı təmsilçisi "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliyalı yarımmüdafiəçi Da Silva Tavareş Viera (Vierinya) ilə 2 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu əvvəllər Portuqaliyanın "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos" (Nikosiya) klublarında çıxış edib.












