Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məktəb qiymətlərinin imtahan nəticələri ilə üst-üstə düşmədiyini bildirib. O, Trend və Baku TV-yə müsahibəsində deyib ki, mərkəzləşdirilmiş qiymətləndirmə vahid standartlara əsaslanır, məktəbdaxili qiymətlər isə müqayisəlidir.
Buraxılış imtahanları qəbulda əsas meyardır. Hər il müqayisəli cədvəllər dərc edilir və təhlillər göstərir ki, bəzi fənlərdə qiymətləndirmə getdikcə daha dəqiq aparılır.












