"Bavariya"nın və Fransa millisinin ulduz futbolçusu Maykl Olise snus istifadəsində şübhəli bilinərək gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, Fransa millisinin paltardəyişmə otağından sızan fotolarda Olisenin əşyaları yanında tüstüsüz tütün qutusu görünüb.
Azarkeşlər qeyd edirlər ki, snus satışı həm Fransada, həm də Almaniyada qadağandır.
Qeyd edək ki, Olise 2026 Dünya Çempionatının ən yaxşı futbolçusu siyahısında üçüncü yerdədir.












